DOLAR 47,0418 -0.01%
EURO 53,8632 0.22%
ALTIN 6.100,94-0,43
BITCOIN 30450453,53%
İstanbul
25°

AÇIK

02:00

İMSAK'A KALAN SÜRE

Azərbaycanlı yazar Etibar Həsənzadə Daşkəsən rayonunun Vətən müharibəsi qaziləri ilə görüşüb
  • News 34
  • Genel
  • Azərbaycanlı yazar Etibar Həsənzadə Daşkəsən rayonunun Vətən müharibəsi qaziləri ilə görüşüb

Azərbaycanlı yazar Etibar Həsənzadə Daşkəsən rayonunun Vətən müharibəsi qaziləri ilə görüşüb

ABONE OL
Temmuz 15, 2026 13:30
Azərbaycanlı yazar Etibar Həsənzadə Daşkəsən rayonunun Vətən müharibəsi qaziləri ilə görüşüb
0

BEĞENDİM

ABONE OL

Azərbaycanlı yazar Etibar Həsənzadə Daşkəsən rayonunda Vətən müharibəsi qaziləri ilə görüşərək “Qarabağ Azərbaycandır” layihəsi çərçivəsində nəşr olunan əsərlərini təqdim edib.

Azərbaycanlı yazar Etibar Həsənzadə Daşkəsən rayonunda Vətən müharibəsi qaziləri ilə mənalı görüş keçirib. Tədbirdə qazilər yazıçının “Qarabağ Azərbaycandır” layihəsi çərçivəsində qələmə aldığı əsərlər və ümumi yaradıcılığı haqqında ətraflı məlumat əldə ediblər.

Görüş zamanı Etibar Həsənzadənin üç mühüm əsəri təqdim olunub. Qazilər 2016-cı ilin Aprel döyüşlərinin tarixi gedişatını şəhid Emin Bağırovun timsalında əks etdirən “Mən Şəhid Olacam Ana”, Daşkəsən rayonunun şəhid, qazi və veteranlarının qəhrəmanlıq yolundan bəhs edən “Vətən Uğrunda”, eləcə də müəllifin bütün əsərlərini və Böyük Zəfərə həsr olunmuş yaradıcılığını özündə birləşdirən “Zəfərlərə Doğru” kitabları ilə yaxından tanış olublar.

“Mən Şəhid Olacam Ana” əsərində 2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanlıq salnaməsi və şəhid Emin Bağırovun örnək döyüş yolu tarixi baxımdan təqdim olunur. “Vətən Uğrunda” kitabında isə Etibar Həsənzadənin doğulub boya-başa çatdığı Daşkəsən rayonunun şəhidlərinin, qazilərinin və veteranlarının həyat və döyüş yolu, Vətən uğrunda göstərdikləri fədakarlıqlar geniş şəkildə işıqlandırılır.

“Zəfərlərə Doğru” kitabında Tovuz döyüşləri, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsinin qəhrəmanları, Azərbaycan–Türkiyə–Pakistan qardaşlığı, üç ölkə arasındakı sarsılmaz dostluq, Türkiyənin Azərbaycana göstərdiyi dəstək və müdafiə sənayesinin uğurları ətraflı şəkildə təqdim olunur. Kitabda həmçinin Selçuk Bayraktar və mərhum Özdemir Bayraktarın həyatı və fəaliyyəti, eləcə də Baykar şirkətinin uğurları barədə geniş məlumat yer alır.

Tədbir Tovuz döyüşlərində şəhid olan Azərbaycanın Milli Qəhrəmanı генерал Polad Həşimovun və onunla birlikdə şəhidlik zirvəsinə ucalan bütün qəhrəman döyüşçülərin əziz xatirəsinə həsr olunub. Eyni zamanda, qardaş Türkiyədə 15 İyul 2016-cı il dövlət çevrilişi cəhdi zamanı şəhid olan qəhrəmanların və bütün təhlükəsizlik qüvvələrinin xatirəsi də dərin ehtiramla yad edilib.